19 Dekabr 2021 13:54
510
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağsu rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən profilaktiki tədbirlərlə aktiv koronavirus xəstəsi olan şəxs ictimai yerdə aşkar edilərək saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Rayon sakini Eldar İsrafilov koronavirus infeksiyasına yoluxduğu üçün o, ev şəraitində müalicəyə cəlb edilib və qaydalara riayət etməsi tapşırılıb.

Buna baxmayaraq həmin şəxs yaşadığı ünvanı tərk edib.

Onunla izahedici söhbətlər aparıldıqdan sonra tibbi prosedurlar da gözlənilməklə evinə geri qaytarılıb.

E.İsrafilov barəsində Ağsu rayon polis şöbəsində araşdırma başlanıb.


Müəllif: Hacı Zeynalov