7 Yanvar 2022 12:08
790
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaqatala rayonu Aşağı Tala kəndi ərazisində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindəki tövlənin yanması barədə polis şöbəsinə məlumat daxil olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Daxil olmuş məlumatla əlaqədar hadisənin baş verdiyi yerə baxış keçirilib, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən yanğın söndürülüb və xəsarət alan olmayıb.

İlkin araşdırmanın nəticələrinə əsasən yanğını törədən şəxsin ev sahibinin oğlu, qeydiyyatda olan ruhi-əsəb xəstəsi E.Abdullayev olduğu müəyyən edilib.

Faktla bağlı Zaqatala rayon polis şöbəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov