Mingəçevir sakini dəm qazından zəhərlənib
Teleqraf.com-un məlumatına görə, hadisə Günəşli bağlar yaşayış massivi, 10-cu küçədə baş verib.
1964-cü il təvəllüdlü şəhər sakini Mustafayeva İbadət Məhəmməd qızı yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib.
O təcili xəstəxanaya yerləşdirilib. Durumu ağır olaraq qiymətləndirilir.
Yaxınları onun huşsuz vəziyyətdə 2 saat hamamda köməksiz qaldığını deyiblər.
Faktla bağlı araşdırma aparıllr.