Milli Məclisin bugünkü iclasında deputat Elmira Axundova bildirib ki, dünya iqtisadi böhranından sonra bir çox ölkələr xoşagəlməz hadisələrlə sarsıldı.
Onun fikrincə, dünya bazarında neftin qiymətinin aşağı düşməsi ölkələrə zərər vurur: “Buna Rusiyanı misal çəkmək olar. Bütün bunların fonunda manatımızın məzənnəsinin stabil olması böyük uğurdur. Ehtiyatlılıq özünü 2015-ci ilin dövlət büdcəsində də göstərir. Hazırda Təhsil Nazirliyi tərəfindən bir sıra mühüm islahatlar keçirilir. Bununla belə texniki peşə məktəblərinin fəaliyyətində əhəmiyyətli dəyişiklik müşahidə olunmur. Bu sahə ilə bağlı geniş proqram hazırlanmalıdır”.
Millət vəkili səhiyyə sitemini tənqid edənlərlə razılaşmayıb: “Bu sahədə geniş islahatlar keçirilir. Səhiyyə Nazirliyinə təklif edirəm ki, Tibb Universitetini bitirən yeni kadrlar təyinatla kənd yerlərinə göndərilsinlər və onlar yüksək maaş alsınlar. Onlar feldşer - mama məntəqələrində çalışsınlar. Çünki bu sahələr rayonlarda zəifdir”.
Millət vəkili həmçinin, deputat seçildiyi Masallı rayonun qazlaşma probleminə də toxunub. O, rayonun təbii qaza olan ehtiyacının tam ödənilmədiyini diqqətə çatdırıb.
Nemət