13 Yanvar 2022 17:21
470
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayonun Xırdalan şəhəri, Saray və Masazır qəsəbələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 8 nəfər saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bu şəxslərdən külli miqdarda heroin və metamfetamin aşkar edilib. Saxlanılan şəxslər izahatlarında narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.

Faktlarla bağlı Abşeron rayon Polis İdarəsinin istintaq şöbəsində araşdırmalar davam etdirilir.

Narkotik vasitələrin Abşeron rayonu ərazisində qanunsuz dövriyyəsinin qarşısının alınması və bu şəxslərin daxil olduğu şəbəkənin digər üzvlərinin aşkar olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov