Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinləri İlqar Babayev və Coşqun Ocaqov saxlanılıblar.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupu məlumat yayıb.
Həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan psixotrop maddə olan metamfetamin və heroin aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.