17 Yanvar 2022 12:37
633
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdə rayon polis şöbəsinin əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində gecə saatlarında fəaliyyət göstərən çayxana müəyyən edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

Yoxlamalar zamanı rayon ərazisində yerləşən çayxananın gecə saat 12-dən sonra fəaliyyət göstərdiyi aşkarlanıb.

Aşkarlanmış qayda pozuntusu ilə əlaqədar obyektin sahibi Ələsgər Ağayev barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə o, 10 gün müddətinə inzibati qaydada həbs edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər