19 Noyabr 2014 18:14
755
12 Punto 14 Punto 16 Punto 18 Punto

Deputat: “Biz orta məktəblərdə psixoloqların sayını artırmalıyıq”

“Ölkəmizdə şadlıq evlərinin, otellərin, restoranların sayı kifayət qədərdir. Ancaq biz ölkəmizdə uşaq müəssisələrinin daha çox olması üçün çalışmalıyıq”. Bunu millət vəkili Tahir Rzayev deyib.

O bildirib ki, bu gün çox rast gəlinən hallardan biri də şagirdin intihar etməsidir: “Bu da ondan irəli gəlir ki, məktəblərdə psixoloqlar ya çox azdır, ya da heç yoxdur. Biz orta məktəblərdə psixoloqların sayını artırmalıyıq”.

Millət vəkili deyib ki, bu gün orta məktəblərdə tibb ştatı yoxudur: “Belə ki, hansısa bir şagird nədənsə zədə alır və ona ilk tibbi yardım olunmur. Nəticədə xoşagəlməz bir hal meydana çıxır. Hər bir məktəbdə tibb işçisi olmalıdır”.

Millət vəkili əlavə edib ki, məktəblərdə hərb və əmək dərsləri çox zəif tədris olunur. O qeyd edib ki, bu cür fənlər hər bir şagirdə dərindən aşılanmalıdır.

Nemət


Müəllif:

Oxşar xəbərlər