20 Yanvar 2022 16:24
486
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayon Polis İdarəsinin 25-ci polis şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs saxlanılıb.

Teleqraf.com xəbər verir ki, şöbəyə paytaxt sakini Elxan Soltanovda silah olması və satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs odlu silahı 2 000 manata satmaq istəyən zaman tutulub.

Onun üzərinə baxış keçirilən zaman 1 ədəd “Makarov” markalı tapança, 8 ədəd patron və daraq aşkar edilərək götürülüb.

Elxan Soltanov “Makarov” markalı odlu silahı bir neçə il bundan əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.

Faktla bağlı 25-ci Polis Şöbəsində toplanan materiallar Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

Saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov