Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinin binasını yandırmaq istəyən şəxs saxlanılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili işlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Yanvarın 25-i günorta saatlarında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinin pəncərəsinə və vətəndaşa məxsus avtomobilə naməlum şəxs tərəfindən benzin tökülərək az bir hissəsinin yandırılması ilə bağlı polis şöbəsinə məlumat daxil olub.
Daxil olan məlumat əsasında polis əməkdaşlarının keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən şəhər sakini, 2010-cu ildən psixiatriya xəstəxanasında qeydiyyatda olan ruhi-əsəb xəstəsi Murad Əhmədov Yevlax rayonu ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.