26 Yanvar 2022 12:37
389
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron Rayon Polis İdarəsinin Qobu polis bölməsinin əməkdaşlarının daxil olan əməliyyat məlumatı əsasında Hökməli qəsəbəsində həyata keçirdikləri növbəti tədbir nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan daha bir nəfər saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Əməliyyat zamanı həmin qəsəbədə yaşayan Elvin Əlipşanov tutulub. Üzərində şəxsi axtarış aparılan zaman ondan 43 ədəd hazır bükümlər formasında satış üçün qablaşdırılan narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilib.

Elvin Əlipşanov ifadəsində heroini sosial şəbəkələr vasitəsi ilə tanış olduğu şəxsdən əldə etdiyi bildirib.

O, Hökməli və ətraf qəsəbələrdə narkotik vasitələrin satışı ilə məşğul olduğunu qeyd edib.

Faktla bağlı Qobu polis völməsində toplanan materiallar Abşeron rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib.

Saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov