16 Fevral 2022 17:14
385
12 Punto 14 Punto 16 Punto 18 Punto

2020-2021-ci illərdə Azərbaycanda psixi pozuntusu olan şəxslər tərəfindən 14 qəsdən adam öldürmə hadisəsi törədilib.

Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

2020-ci ildə törədilmiş 159 qəsdən adam öldürmə hadisəsinin 11-ni, 2021-ci ildə törədilmiş 156 qəsdən adam öldürmə hadisəsinin 3-nü psixi pozuntusu olan şəxslər törədib.

“Qeyd edək ki, cinayəti anlaqsız vəziyyətdə törətmiş şəxsin psixi pozuntusu özünə və ya başqa şəxslərə zərər yetirməsi təhlükəsi yaratdıqda həmin şəxslərin barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məsələsinə baxılması üçün toplanmış iş məhkəməyə göndərilir. Məhkəmənin qərarı ilə belə şəxslərə tibbi xarakterli məcburi tədbirlərdən biri təyin edilir” – deyə mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər