16 Fevral 2022 17:44
436
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yevlax rayonunun Salahlı kəndində yerləşən fərdi yaşayış evlərinin birində yanğın hadisəsi baş verməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

Məlumatla əlaqədar Yevlax rayon polis şöbəsi əməkdaşları hadisə yerində olub, yanğın olan əraziyə baxış keçirib.

Fərdi yaşayış evinin qəsdən yandırılmasına dair şübhələr yarandığından polis əməkdaşları tərəfindən müvafiq araşdırmalara başlanılıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində fərdi yaşayış evini qəsdən yandırmaqda şübhəli bilinən həmin kənd sakini, əvvəllər məhkum edilmiş Aqil Nəsibov saxlanılıb.

Hazırda faktla bağlı Yevlax rayon polis şöbəsində cinayət işi başlanılıb.

A.Nəsibov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər