Kürdəmir rayonunun Sor-Sor kəndi ərazisində "Toyota" markalı minik avtomobilində Yuxarı Şirvan su kanalına düşən 1995-ci il təvəllüdlü Nimanixin Vadim Andreyeviçin (Rusiya Federasiyası vətəndaşı) axtarışları başa çatıb.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, V.Nimanixinin meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin "Aran" dalğıc-axtarış qrupu tərəfindən avtomobilin içərisində aşkar edilərək sahilə çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.