Daxili İşlər Nazirliyi İmişli sakininin güllələnməsi ilə bağlı məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, İmişli rayon polis şöbəsinə fevralın 22-də Bəhrəmtəpə qəsəbəsi ərazisində qəsəbə sakini Xalid İbrahimovun münaqişə zəminində tüfəngdən açdığı atəşlə Buludlu kənd sakini Namiq Xankişiyevin ayaq nahiyəsinə xəsarət yetirməsi barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində X.İbrahimov saxlanılıb. Ondan müvafiq sənədləri olan “İJ-58” markalı ov tüfəngi götürülüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.