Milli Şura üzvü İbrahim İbrahimlinin dialoq təklifinə görə sabiq baş nazir Pənah Hüseyni lağa qoyan məqalə ilə çıxış etdiyini bildirmişdik.
İndi isə bəlli olub ki, Pənah Hüseyn barəsində deyilənlərə cavab verərək İbrahimlini sərt tənqid edib:
“İbrahim İbrahimli deyir ki, siyasi dialoqun mənası siyasi bazarlıq deməkdir və ona görə siyasi bazarlıqda insan şəxsiyyəti, mənəvi dəyərlər satışa çıxarılıb xırdalanır, kimlərsə də maddi mənfəət əldə edir. Mən indi İbrahim İbrahimliyə nə deyim? Adamın təsəvvürü, zehniyyəti, anlayışı belədir və bu təsəvvürdən, zehniyyətdən, anlayışdan çıxış edir. İbrahim bəyin atmacalarına gəldikdə isə məni bağışlasın, bu kimi şeyləri ucuz şantaj sayıb təkzibə və özünə bəraətə vaxt ayırmağa belə ehtiyac duymuram”.
Cavidan