9 Mart 2022 09:56
667
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xətai rayon Polis İdarəsinin 34-cü polis şöbəsinin həyətində qadının həyat yoldaşını bıçaqlaması ilə bağlı yayılan informasiyalar həqiqətə uyğun deyil.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Belə ki, vətəndaş H.Nadirov Daxili İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzinə müraciət edərək həyat yoldaşı J.Nadirovanın ona övladlarını göstərməməsi səbəbindən intihar edəcəyini bildirib.

Daha sonra həmin şəxs polislər tərəfindən şöbəyə dəvət edilib. Orada onunla profilaktik söhbət aparılıb.

H.Nadirovun həyat yoldaşı J.Nadirova da polis şöbəsinə dəvət edilib. Onlara aralarında yaranan mübahisənin həlli üçün məhkəməyə müraciət etmələri tövsiyə olunub.

Hər iki şəxs polis şöbəsinin inzibati ərazisini tərk edəndən sonra H.Nadirov təkrar polisə müraciət edərək qadının küt alətlə onun qol nahiyəsinə xəsarət yetirdiyi barədə şikayət edib.

Hadisə şöbənin inzibati binasında və ya həyətində vaş verməyib. Daha sonra hər iki şəxs yenidən şöbəyə gətirilib onlarln izahatları alınıb. Hadisə ilə bağlı ekspertiza təyin edilib.

Araşdırmaların yekundan və ekspertizanın rəyindən sonra hadisəyə hüquqi qiymət veriləcək.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər