13 Mart 2022 14:24
683
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkirdə ana və 3 azyaşlı övladı itkin düşüb.

Teleqraf.com xəbər verir ki, rayonun 20 Yanvar küçəsində yaşayn 27 yaşlı Səriyyə Məmmədov 7, 6 yaşlı oğlu və 4 yaşına qızı martın 9-u sabah saatlarında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Artıq itkin düşən qadının yaxınları polisə məlumat veriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupunun baş inspektoru Eşqin Qasımov Teleqraf.com-un yerli bürosuna bildirib ki, faktla bağlı Şəmkir rayon Polis Şöbəsinə mart ayının 12 -i rəsmi məlumat daxil olub.

"Hazırda itki düşən şəxslərin yerinin müəyyən edilərək ailəsinə təhvil verilməsi istiqamətində müvafiq əməliyyat-axtarış tədbirləri davam etdirilir.Tez bir zamanda həmin şəxslər tapıldıqda ictimaətə əlavə məlumat veriləcək"- deyə E.Qasımov qeyd edib.

Məlumat üçün bildirək ki, Səriyə Məmmədova həyat yoldaşından ayırlıb.Qadının həyat yoldaşı ruhi xəstədir.


Müəllif: Teleqraf.com