17 Mart 2022 11:22
443
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Xəzər rayon Polis İdarəsinin 1-ci polis şöbəsinə müraciət edən Bakı şəhər sakini X.Nuriyeva 2021-ci ilin dekabr ayında bir nəfərin onu aldadaraq bank hesabından 500 manat pulunu çıxararaq oğurlamasını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Z.Əzimli müəyyən edilərək saxlanılıb.


Müəllif: Hacı Zeynalov