Bakıda anbarda yanğın olub.
Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, paytaxtın Sabunçu rayonunda ümumi sahəsi 100 m² olan anbarda piştaxtalar 50 m² sahədə və 1 ədəd elektrik lövhəsi yanıb, yüksək temperaturdan 1 ədəd plastikdən ibarət qapı əriyib. Anbarın qalan hissəsi və bitişik mağaza yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.