Baş Prokurorluq Ağdamda Körpü Bina tikinti texnikasının minaya düşməsi barədə məlumat yayıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Teleqraf.com-un sorğusuna cavab olaraq bildirilib ki, martın 27-si saat 16 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş Yusifcanlı kəndi ərazisində təmir tikinti işləri aparılan zaman buldozerin minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Nəticədə traktora maddi ziyan dəyib və hər hansı bir şəxs xəsarət almayıb.
Hazırda faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
***
19:43
Ağdamda Körpü Bina tikinti texnikası minaya düşüb.
Teleqraf.com xəbər verir ki, hadisə yeni inşa edilməkdə olan Ağdam-Füzuli yolunun Ağdam rayonunun işğaldan azad olunmuş Yusifcanlı kənd arazisində baş verib.
Kürdəmir rayon sakini 1991-ci il təvəllüdlü Məmmədov Xalid Asif oğluna “LIQONK” markalı buldozeri idarə etdiyi zaman erməni hərbi birləşmələri tərəfindən basdırılmış minaya düşüb. Nəticədə bulduzerin sağ tərəf sepi yarasız hala düşüb sürücü X.Məmmədov xəsarət almayıb.