Ağdam rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə rayonun işğaldan azad edilmiş ərazilərinə müvafiq icazələri olmadan keçmək istəyən şəxslər saxlanılıblar.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupu məlumat yayıb.
Ağdam rayonunun Əhmədağalı kənd sakinləri Ayaz Abbasov və Yalçın Əhmədov həmin kənd ərazisindən işğaldan azad edilmiş yerlərə daxil olmağa cəhd edərkən nəzarət qaydasına uyğun rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar.
Polis əməkdaşları həmin şəxslərlə izahedici söhbətlər aparıb, buna baxmayaraq onlar mina və partlayıcı vasitələrdən tam təmizlənməmiş ərazilərə keçmək üçün cəhdlərini davam etdiriblər.
Polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə A.Abbasov və Y.Əhmədov saxlanılaraq rayon polis şöbəsinə gətirilib.
Onların barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunub.
Məhkəmənin qərarı ilə hər iki şəxs 10 gün müddətinə inzibati qaydada həbs ediliblər.