Sumqayıt şəhərində oğurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsinə martın 26-da saat 18 radələrində S.Vurğun küçəsində Füzuli rayon Dövlət Dram Teatrına məxsus “Hyundai” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə içərisində 1500 manat pul, sənədlər və bank kartı olan çantanın oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş G.Əsədov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.