5 May 2022 10:40
596
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi ötən gün baş verən yol-nəqliyyat hadisələri barədə məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, mayın 4-də saat 19 radələrində Şəmkir şəhəri ərazisində rayon sakini T.Cəfərovun və Elsevər Muxdarovun idarə etdikləri “Ford” markalı 2 yük avtomobili toqquşub.

Nəticədə E.Muxdarov və sərnişini Asif Əliyev hadisə yerində ölüb, digər sürücü isə xəstəxanaya yerləşdirilib.

Bundan başqa, həmin gün saat 11 radələrində paytaxtın Nizami rayonu ərazisində S.Sultanov idarə etdiyi “Saipa” markalı avtomobillə yolu keçən Svetlana Abramovanı vurub.

Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Mayın 4-də saat 15 radələrində Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsində qəsəbə sakinləri C.Zöhrabovun idarə etdiyi “Opel” markalı avtomobillə Ramin Cabbarovun idarə etdiyi “Haujue” markalı motosiklet toqquşub.

Nəticədə motosikletçi hadisə yerində ölüb.

Bütün faktlarla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov