11 May 2022 10:55
320
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 10-da Qəbələ rayonunun Mirzəbəyli kəndi ərazisində yol qəzası olub.

Teleqraf.com xəbər verir ki, rayon sakini B.Rəhimov idarə etdiyi “VAZ-21011” markalı avtomobili aşırıb.

Nəticədə sərnişini olan anası Məhluqə xəstəxanaya yerləşdirilib və orada ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov