12 May 2022 10:49
375
12 Punto 14 Punto 16 Punto 18 Punto

Siyəzən rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə mayın 11-də, saat 23 radələrində Bakı-Quba yolunun Siyəzən şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Şabran rayon sakini, 1988-ci il təvəllüdlü Elçin Yaşar oğlu Hacıyevin idarə etdiyi “BMW” markalı minik avtomobili ilə Quba rayon sakini, 1959-cu il təvəllüdlü Məhiyyədin Əliyevin idarə etdiyi “KamAz” markalı yük maşını toqquşub.

Nəticədə “BMW” markalı minik avtomobilinin sürücüsü E.Hacıyev hadisə yerində ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

İstintaq aparılır.


Müəllif: Hacı Zeynalov