18 May 00:08
266
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsində yerləşən üçmərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş operativ və təxirəsalınmaz tədbirlər sayəsində geniş əraziyə yayılmasına imkan verilməyərək saat 23:23-də söndürülüb.

Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyindən bildiriblər.

23:17

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsində yerləşən üçmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

Teleqraf.com FHN-ə istinadən xəbər verir ki, məlumat qəbul ediləndən dərhal sonra Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

22.49

Bakıda yanğın başlayıb.

Teleqraf.com xəbər verir ki, hadisə Qış parkının yaxınlığında yerləşən yaşayış binasında qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin ( FHN) Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunub.


Müəllif: Teleqraf.com