26 May 2022 16:53
880
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaqatala Modern Hazırlıq Mərkəzi MMC-də əmək qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Bu barədə Teleqraf.com-a Zaqatala rayon prokurorluğundan bildirilib.

Aparılmış araşdırmalarla Zaqatala Modern Hazırlıq Mərkəzi MMC tərəfindən 1 nəfər şəxsin Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edildiyindən MMC-nin direktoru Vüqar Bəkirov və MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək qanunvericiliyinin pozulması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq vəzifəli şəxslə bağlı qərarın surəti zəruri sənədlərlə birlikdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin Şəki-Zaqatala Regional Şöbəsinə, hüquqi şəxslə bağlı qərarın surəti isə aidiyyatı üzrə baxılmasından ötrü Zaqatala rayon məhkəməsinə göndərilib.

Nəticədə Vüqar Bəkirov 4200 manat məbləğində, hüquqi şəxs Zaqatala Modern Hazırlıq Mərkəzi MMC isə 20 min manat məbləğində inzibati cərimə edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər