Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Nazirlikdən Teleqraf.com-a bildirilib ki, hadisə yerinə cəlb olunan FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1944-cü il təvəllüdlü Semyonova Vitalina Yakovlevnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.