Braziliyanın şimal-şərqindəki Pernambuko ştatında leysan yağışları nəticəsində ölənlərin sayı 84 nəfərə çatıb.
Teleqraf.com xəbər verir ki, təbiət hadisəsi zamanı daha 56 nəfərin itkin düşdüyü bildirilir. Həmçinin 4 minə yaxın insanın evsiz qaldığı bildirilir.
Xilasedicilər itkin düşənləri axtarır və xəsarət alanlara köməklik göstərirlər.
Daha əvvəl 56 nəfərin öldüyü bildirilirdi.