Milli Məclisin deputatı Sevinc Fətəliyeva AŞPA-nın Sosial işlər, sağlamlıq və davamlı inkişaf komitəsinin iclasında iştirak etmək üçün bu gün Fransanın paytaxtı Parisə səfər edəcək.
Teleqraf.com bildirir ki, tədbirdə iqtisadi böhran zamanı sosial hüquqlar və sosial dialoq, Ebola xəstəliyi ilə mübarizə, insanların tətil etmək hüququnun təmin edilməsi, uşaqların sosial xidmətlərdən yararlanmaq imkanı və digər mövzular ətrafında müzakirələr aparılacaq.
Deputat müzakirə olunacaq məsələlər barədə öz fikirlərini açıqlayacaq, təkliflərini verəcək.
Nemət