8 Avqust 2022 11:18
548
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdaş rayonunun Pirəyir kəndində “Ford” markalı yük avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Teleqraf.com-a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com