8 Avqust 2022 09:50
803
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayonunun Kür qəsəbəsinin polis bölmə rəisi Bakı-Qazax yolunda qəza törədib.

Teleqraf.com xəbər verir ki, hadisə avqustun 8-də gecə saat 2 radələrində qeydə alınıb.

Belə ki, Kür qəsəbə Polis Bölməsinin rəisi Ədalət Sadıqov idarə etdiyi avtomobillə xidmət zamanı yolun piyada keçidi üçün müəyyən olunmayan ərazisində 1996-cı il təvəllüdlü Samir Sadıqovu vurub. Hadisə yolun qaranlıq hissəsində - Aşağı Quşçu kəndinin yaxınlığında olub.

Qəzada xəsarət alan şəxsə göstərilən tibbi müdaxilələrə baxmayaraq, həyatını itirib.

Araşdırma aparılır.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər