16 Avqust 2022 23:13
345
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün axşamüstü Şamaxıda yanğın hadisəsi baş verib.

Rayon fövqəladə hallar komissiyasından Teleqraf.com-a verilən məlumata görə, hadisə saat 19:30 radələrində Şamaxının Mədrəsə qəsəbəsində, Qaranohur deyilən ərazidə olub.

Yanğın tezliklə 3 hektara yaxın örüş sahəsini əhatə edib. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Şamaxı yanğından mühafizə hissəsinin şəxsi heyəti və 2 yanğınsöndürən maşını cəlb edilib.

Yanğınla mübarizəyə 15 nəfərədək kənd sakini də cəlb olunub. Alovla mübarizə davam edir. Ərazi dağlıq və kol-kosluq olunduğundan yanğının söndürülməsində çətinliklər yaranıb.

Hazırda yanğınla mübarizəyə Şamaxı yanğından mühafizə hissəsindən 30 nəfər şəxsi heyət və 4 yanğınsöndürən avtomaşını, habelə Ağsu rayonundan köməyə gələn 1 yanğınsöndürən avtomobil və 7 nəfər şəxsi heyət cəlb olunub.


Müəllif: Teleqraf.com