18 Avqust 2022 09:23
593
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində onmərtəbəli yaşayış binasının 1-ci və 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 1050 m² olan mağazanın anbarında karton taralar, taxta altlıqlar 10 m² sahədə, mağazanın 2-ci mərtəbəsində 2 ədəd pəncərə çərçivəsi, ərzaq malları 50 m² sahədə və 4 ədəd kondisioner yanıb.

Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, yüksək temperaturdan qonşu binanın 1-ci və 2-ci mərtəbəsində plastikdən ibarət 2 ədəd pəncərə çərçivəsi qarsalanıb.

Mağazanın qalan hissəsi və yaşayış binası yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com