Avtoqəza nəticəsində həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Vahid Ərəblinskinin dəfn mərasimi keçirilib.
Teleqraf.com xəbər verir ki, o, Zaqatalanın Aşağı Tala kənd qəbiristanlığında torpağa tapşırılıb.
Vahid Ərəblinski müddətdən artıq xidmət edən (MAXE) hərbi qulluqçu olub. Həmçinin o Rusiya İmperator Ordusunun zabiti, general-leytenant Balakişi Ərəblinskinin nəticəsiymiş.
Qeyd edək ki, avtoqəza avqustun 26-da günorta saatlarında Goranboy rayonu ərazisində baş vermişdi.