Şabranda tanışının örüş sahəsini yandıran şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, bir nəfər şəxs ona məxsus 1 hektar örüş sahəsinin Əli Ələkbərov adlı şəxs tərəfindən ehtiyatsızlıqdan və məsuliyyətsizlikdən yandırılması barədə Şabran Rayon Polis Şöbəsinə müraciət edib.
Məlumatda qeyd olunur ki, yanğın zamanı xəsarət alan olmayıb. Hadisə yerinə Şabran Rayon Polis Şöbəsinin və yanğından mühafizə xidmətinin əməkdaşları cəlb olunub.
Faktla bağlı Şabran RPŞ-də araşdırma aparılır.