6 Dekabr 2014 15:58
838
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xalq Cəbhəsi Partiyasının Ali Məclisinin sədri Həsən Kərimov neçə aydır ki gözə dəymir. Bunun konkret səbəbləri bilinmir.

Bəlli olan budur ki, son illər Ali Məclis sədrinin səhhətində ciddi problemlər yaşanır və o, dəfələrlə müalicə məqsədilə İran və Türkiyəyə gedib. Ancaq buna baxmayaraq, səhhətində irəliləyiş əldə olunan kimi aktiv siyasi fəaliyyətini də bərpa edib.

Lakin son aylar Kərimov faktiki olaraq partiyanın fəaliyyətində iştirak etmir. Bu isə onun partiyadan bir dəfəlik uzaqlaşması haqda fikirləri gücləndirir. Əks halda biz onun ən azı anti - Müsavat bəyanatlarını eşidərdik. Çünki AXCP-də Müsavatla bağlı fikirləri əksər hallarda Həsənov dilə gətirib.

Görünən budur ki, AXCP Ali Məclisinin sədri ən azından indiki mərhələdə siyasət meydanında olmaq istəmir.


Müəllif:

Oxşar xəbərlər