8 Dekabr 2014 15:53
818
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyasi gələcəkdə Vurğun Əyyub və Qubad İbadoğlunun məsələsinə baxa bilər. Əgər onlar partiya nizamnaməsinə zidd fəaliyyətlərini davam edirsələr, barələrində ölçü götürüləcək.

Bunu Teleqraf.com-a Müsavat Partiyasındakı mənbə bildirib. Qeyd olunur ki, V.Əyyub Müsavat Partiyasının seçkili orqanlarını tanımaqdan imtina edib və bu, partiyanın nizamnaməsi ilə ziddiyət təşkil edir. V.Əyyub və Qubad İbadoğlunun fəaliyyətlərinə öncə Müsavat Məclisində, sonra MNTK-da baxılacaq.

Məlumatlara görə, əgər partiyadan uzaqlaşdırılacağı təqdirdə V.Əyyub və Q.İbadoğlu ilə birgə daha çox şəxs bu düşərgəni tərk edəcək.

Ayxan


Müəllif:

Oxşar xəbərlər