2 Oktyabr 2022 08:10
386
12 Punto 14 Punto 16 Punto 18 Punto

Florida ştatında baş verən “İan” qasırğası nəticəsində ölənlərin sayı 77 nəfərə çatıb.

Teleqraf.com NBC telekanalına istinadən xəbər verir.

Bölgədə axtarış-xilasetmə əməliyyatı davam edir. Maksimum sürəti saatda 250 kilometrə çatan "İan" 5-ci kateqoriyalı qasırğası hesab olunur.

Florida boyunca daşqın gözlənilir.

ABŞ prezidenti Co Bayden hesab edir ki, "İan" Florida tarixində ən ölümcül qasırğa ola bilər.


Müəllif: Pərvin Cəfərova