Bu gün səhər saatlarında İrəvanda partlayış baş verib.
Teleqraf.com xəbər verir ki, məlumatı Ermənistan Fövqəladə Hallar Nazirliyi təsdiqləyib.
Partlayış nəticəsində ölənlər var.
“Oktyabrın 9-da saat 9.15-də (Bakı vaxtı ilə 9.15) Milli Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin növbətçi pultuna İrəvanın Baqratunyats prospektində partlayışın baş verməsi, yanğının başlaması, xəsarət alanların olması barədə məlumat daxil olub”, - məlumatda deyilir.
Hadisə yerinə iki yanğınsöndürən briqada göndərilib. Hələlik hadisənin başqa təfərrüatları açıqlanmır.