Binəqədi rayonunda "Mercedes" markalı minik avtomobilinin mühərrik və salon hissəsi yanıb.
Bu barədə Teleqraf.com-a Fövqaladə Hallar Nazirliyindən məlumat verilib.
Yüksək temperaturdan yaxınlıqda dayanan "Hyundai" markalı minik avtomobilinin ön qapısı zədələnib.
Hər iki avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.