Gədəbəydə 41 yaşlı kişini quyu qazarkən elektrik cərəyanı vuraraq öldürüb.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Zəhmətkənd kəndi ərazisində baş verib.
Belə ki, 1981-ci il təvəllüdlü Gədəbəy rayon sakini Süleymanov Bəhruz Kərim oğlu oktyabrın 24-ü səhər saatlarında rayonun Zəhmətkənd kəndi ərazisində həyətyanı sahədə quyu qazarkən elektrik cǝrǝyanı vurması nəticəsində ölüb.
Faktla bağlı Gədəbəy Rayon Prokurorluğunda araşdırma aparılır.