31 Oktyabr 2022 10:06
614
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi oktyabrın 29-da və 30-da baş verən yol-nəqliyyat hadisələri barədə məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, oktyabrın 29-da saat 14 radələrində Masallı rayonunun Ərkivan qəsəbəsi ərazisində Yardımlı rayon sakini N.Əliyev idarə etdiyi “VAZ-2121” markalı avtomobili yolun kənarındakı dəmir boruya vurub.

Nəticədə onun sərnişini Yardımlı rayon sakini Nəsibə Əlişova hadisə yerində ölüb.

Bundan başqa, oktyabrın 29-da saat 19 radələrində Abşeron rayonu ərazisində Sumqayıt şəhər sakini T.Məhərrəmli idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən İsmayıllı rayon sakini Aytəkin Fazilli və onun oğlu Xəyalı vurub.

Nəticədə hər 2 piyada hadisə yerində ölüblər.

Oktyabrın 29-da saat 23 radələrində Şamaxı rayonunun Quşçu kəndi ərazisində şəhər sakini Tural Hörmətzadə idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolun kənarına aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb, 3 sərnişini isə xəstəxanaya yerləşdirilib.

Oktyabrın 30-da saat 1 radələrində Binəqədi rayonunun 28 May qəsəbəsi ərazisində Bakı şəhər sakini Azər Səfiyev idarə etdiyi “BMW” markalı avtomobili yolun kənarındakı maneəyə vurub və nəticədə sürücü xəstəxanaya aparılarkən yolda ölüb.

Oktyabrın 30-da saat 7 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində Sabirabad rayon sakini E.Əlizadənin idarə etdiyi “Mercedes” markalı mikroavtobusla Sumqayıt şəhər sakini Şahin Fətullayevin idarə etdiyi “BMW” markalı avtomobil toqquşub. Nəticədə Ş.Fətullayev və sərnişinlərindən Bəymirzə Mərdanov hadisə yerində ölüb, digər sürücü və 3 sərnişini isə xəstəxanaya yerləşdirilib.

Oktyabrın 30-da saat 22 radələrində Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində Fatmayı kənd sakini S.Orucov idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən piyadanı vurub və nəticədə o, hadisə yerində ölüb.

Bütün faktlarla bağlı araşdırma başlanılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər