Bərdədə kafedə həmyerlilərini güllələyən şəxs saxlanılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupununun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı məlumat verib.
O qeyd edib ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini Rəcəb Məmmədovun yeri müəyyən edilərək saxlanılıb və ondan istifadə etdiyi ov tüfəngi də götürülüb.
Faktla bağlı araşdırma aparılır.
***
14:10
Bərdə sakini kafedə həmyerlilərini güllələyib.
Teleqraf.com-un xəbərinə görə, hadisə rayonun Bala Qəjər kəndində yerləşən kafelərin birində qeydə alınıb.
Belə ki, kənd sakini Rəcəb Məmmədov aralarında yaranmış münaqişə zamanı həmkəndliləri - Sərxan Əsədova və kafenin sahibi Eldar Məmmədova odlu silahdan atəşə açaraq xəsarət yetirib.
Daha sonra hər iki yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasında çatdırılıb.
Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.
R.Məmmədovun məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat tədbirləri davam edir.