5 Noyabr 2022 14:26
460
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Əməliyyat-istintaq idarəsinin 2 müstəntiqi - Zaur İslamov və Rüfət Nuriyev barəsində araşdırmalara başlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-ə hər iki şəxs barəsində vətəndaşların şikayətləri daxil olub. Daha sonra nazirlikdə araşdırma aparılıb və toplanılan materiallar baxılması üçün Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

Hər iki şəxs İdarəyə dəvət olunub və hazırda onların barəsində araşdırmalar aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər