“Sədərək” ticarət mərkəzində mağazaya basqın edilib.
Teleqraf.com xəbər verir ki, naməlum şəxs ticarət mərkəzində sahibkar kimi fəaliyyət göstərən Şakir Ağayevin işlətdiyi mağazaya daxil olub. O, dəmir alətlə onun baş nahiyəsinə xəsarət yetirib və mağazadan 30 000 manatı götürərək aradan çıxıb.
Faktla bağlı Qaradağ rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək) maddəsi ilə cinayət işi başlanıb.
İstintaq aparılır.