15 Noyabr 2022 15:43
429
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin iyulun 26-da “Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu” Publik Hüquqi Şəxsin doğum şöbəsində anadan olmuş uşağın ölməsi faktı ilə bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılıb.

Bu barədə Teleqraf.com-a Yasamal rayon Prokurorluğundan bildirilib.

Araşdırmalarla müəyyən edilib ki, qeyd olunan xəstəxananın həkimləri tərəfindən tibbi yardım göstərilsə də, yeni doğulmuşun vəziyyətinin ağırlaşmasına səbəb olan infeksion yoluxma baş vermiş və nəticədə uşaq ölüb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər