Bakının Suraxanı rayonu Südçülük sovxozu ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, bu gün saat 12 radələrində Bakı şəhər sakini Günel Tağıyeva idarə etdiyi "Şevrolet" markalı avtomobillə 1953-cü il təvəllüdlü Xalidə Məmmədovanı vurub.
Xəsarət alan şəxs hadisə yerində ölüb.
Sürücü saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.