30 Noyabr 2022 00:26
301
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabirabadda avtomobil su kanalına aşıb, ər-arvad xəsarət alıb.

Teleqraf.com-un məlumatına görə, hadisə rayonun Məmişlər kəndində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı avtomobil yol sürüşkən olduğundan anidən idarəetməni itirib. Bu zaman avtomobil yolun kənarındakı su kanalına aşıb.

Qəza nəticəsində Saatlı rayon sakinləri, 1965-ci il təvəllüdlü İsgəndərov Rafiq Zalər oğlu və onun həyat yoldaşı, 1968-ci il təvəllüdlü Musayeva Amaliya Abdin qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alanlar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com